Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinin Lozovaya şəhərində dəmir yolu infrastrukturuna zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, dörd nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i "Ukrzaliznıtsya"nın mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Bölmələrdən birinin növbətçi mexaniki həlak olub, daha dörd dəmiryolçu yaralanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir", - məlumatda deyilir.
Hücum nəticəsində dəmir yolu vağzalı və digər infrastruktur obyektləri zədələnib.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, zərərçəkənlərin sayı 10 nəfərə çatıb.