• Bakı 31° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Pakistan XİN: Vətəndaşlarımız Ukraynada hərbi əməliyyatlarda iştirak etmirlər

DÜNYA

05 Avqust 2025 | 09:37

Pakistan XİN: Vətəndaşlarımız Ukraynada hərbi əməliyyatlarda iştirak etmirlər

Pakistan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna Prezidenti Volodimir Zelenskinin Pakistan vətəndaşlarının Ukrayna münaqişəsində iştirakı barədə bəyanatlarını təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pakistanın xarici siyasət idarəsinin rəsmi saytında məlumat yayılıb.

XİN qeyd edib ki, bu günə qədər Ukrayna hökuməti Pakistana rəsmi müraciət etməyib və bu bəyanatları təsdiqləyən heç bir etibarlı sübut təqdim etməyib.

"Pakistan hökuməti bu məsələni Ukrayna hakimiyyəti ilə müzakirə edəcək və bu barədə izahat istəyəcək. Pakistan BMT nizamnaməsinin prinsiplərinə uyğun olaraq Ukraynada münaqişənin dialoq və diplomatiya yolu ilə həllinə sadiqliyini təsdiqləyir", - məlumatda bildirilib.


SON XƏBƏRLƏR

04 Avqust 2025