• Bakı 18° C

    6.12 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Beyləqanda hündürlükdən yıxılan usta öldü

CƏMİYYƏT

06 Iyul 2025 | 22:45 | Müəllif: Subhan Mahmudov

Beyləqanda hündürlükdən yıxılan usta öldü

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.

Bakıvaxtı.az-ın xəbərinə görə, ötən ayın 28-də Beyləqanda yerləşən "Kral" şadlıq sarayında təmir işləri aparan zaman iki usta - Elşən Şahmatı oğlu Cəfərov və Rauf Ərşad oğlu Süleymanov ağır xəsarət alıb.

Onlar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanada üç gün müalicə aldıqdan sonra Elşən Cəfərov Neyrocərrahiyyə Xəstəxanasına göndərilib və orada əməliyyat edilib.

Əməliyyat olunaz E.Cəfərov bu gün xəstəxanada həyatını itirib.

Hadisə zamanı xəsarət alan Rauf Süleymanovun hazırda müalicəsi rayon xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir./Teleqraf


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026