• Bakı 10° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Dünya rekordu qırdı

İDMAN

06 Iyul 2025 | 19:24 | Müəllif: Subhan Mahmudov

Dünya rekordu qırdı

Keniyalı idmançı Beatris Çebet 5000 metr məsafəyə qaçışda dünya rekordu müəyyənləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, idmançı ABŞ-nin Oreqon ştatının Yucin şəhərində keçirilən Brilyant liqa mərhələsində 13 dəqiqə 58,06 saniyə nəticə göstərərək rekorda imza atıb.

Bundan əvvəlki rekord 2023-cü ilin sentyabrında efiopiyalı Qudaf Tseqay tərəfindən müəyyən edilib.

Çebetin 25 yaşı var, o, 2024-cü ildə Parisdə 5000 metr məsafəyə qaçış üzrə Olimpiya çempionudur. Dünya çempionatında gümüş (2022) və bürünc (2023) medal qazanıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026