• Bakı 25° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Azərbaycanlı boksçuya haqsızlıq etdi -  ömürlük boksdan kənarlaşdırılacaq

İDMAN

05 Avqust 2025 | 17:45

Azərbaycanlı boksçuya haqsızlıq etdi -  ömürlük boksdan kənarlaşdırılacaq

Ötən ay Serbiyada məktəblilər arasında keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan boksçusuna qərəzli şəkildə haqsızlıq edən hakim cəzasız qalmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının (ABF) mətbuat xidmətindən məlumat verilib.

ABF-nin bununla bağlı Beynəlxalq Boks Assosiasiyasına (IBA) ünvanlandığı etiraz məktubu, o cümlədən idmançının hüquqlarının qorunması üçün gördüyü işlərə cavab olaraq hakim Stefan Subalevski ömürlük hakim titulundan məhrum ediləcək.

IBA prezidenti Umar Kremlyov bununla bağlı şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

O videomüraciətində bildirib ki, məktəbli boksçuların Avropa birinciliyində Azərbaycan millisinin üzvü Yusif Ağakişiyevin (75 kq) döyüşünün hakimi özbaşınalığa yol verməməli idi:

“Bu həm IBA-nın çağırışıdır, həm də boks ailəsinin təmiz boks uğrunda istəyidir. Kim ki, idman dəyərlərini pozur, onlar olmamalıdır. Nə IBA-da, nə də idmanda. Beləliklə, bu cür halların qarşısını ciddi şəkildə alırıq”.

U.Kremlyov vurğulayıb ki, döyüşü idarə edən hakimi ömürlük boksdan kənarlaşdıracaqlar:

“Boksçunun məşqçisini dəstəkləyirəm. Amma onun hərəkətləri də düz deyil, bu cür olmamalıdır. Bunun üçün qərar verən xüsusi orqanlar – intizam və etika komissiyaları var. Hakim isə ömürlük kənarlaşdırılmalıdır”.

Qeyd edək ki, Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında ke,iril'n Avropa birinciliyində 75 kq çəki dərəcəsində mübarizə aparan Yusif Ağakişiyevlə yerli Viktor Maystroviçin final görüşündə boksçumuzun çempionluğu əlindən alınıb. Döyüşün Şimali Makedoniyadan olan baş hakimi Stefan Subalevski qərəzli şəkildə rəqibin xeyrinə qərarlar verib və yarımçıq dayandırılan görüşdə serbiyalı idmançı qalib elan olunub.


SON XƏBƏRLƏR