• Bakı 32° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

"Fənərbağça" və "Beşiktaş"ın oyunları təxirə salına bilər

İDMAN

05 Avqust 2025 | 12:00

Fənərbağça və Beşiktaşın oyunları təxirə salına bilər

Türkiyə Superliqasının I turunda keçirilməsi planlaşdırılan iki oyun təxirə salına bilər.

Bakıvaxtı.az xəbər verir ki, avrokuboklarda çıxış edən komandalar həftəsonundakı matçların başqa tarixdə reallaşmasını istəyirlər.

Bunlar "Fənərbağça" və "Beşiktaş"dır.

"Fənərbağça" artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi məktub göndərib. "Beçiktaş"ın isə TFF-yə müraciəti gözlənilir. Qurum qərarını çərşənbə günü açıqlayacaq.

Qeyd edək ki, "Fənərbağça" UEFA Çempionlar Liqasının, "Beşiktaş" Konfrans Liqasının təsnifat mərhələsində çıxış edir. "Fənərbağça" Superliqanın I turunda evdə "Alanyaspor"la, "Beşiktaş" isə səfərdə "Kayserispor"la qarşılaşmadır.


SON XƏBƏRLƏR

04 Avqust 2025