Almaniya millisinin sabiq futbolçusu Frank Mill vəfat edib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu ilin may ayında infarkt keçirən 67 yaşlı veteran futbolçunun vəziyyəti qəflətən pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
F.Mill karyerası ərzində “Rot-Vays Essen”, “Borussiya” (Mönhenqladbax), “Borussiya” (Dortmund) və “Fortuna” klublarında çıxış edib. O, Bundesliqada 123, 2-ci Bundesliqada isə 87 qol vurub. Dortmund "Borussiya"sı ilə 1989-cu ildə Almaniya Kubokunu qazanıb.
Frank Mill Almaniya milli komandasının heyətində 1990-cı ildə İtaliyada keçirilmiş dünya çempionatının qalibi olub. Yığmanın heyətində 17 oyun keçirən veteran futbolçu çempion olduqları mundialda meydana çıxmayıb.