Rusiya müharibənin 1229-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 67 647 PUA-sı, 614 zenit-raket kompleksi, 24 143 tank və digər zirehli texnikası, 1 575 reaktiv yaylım atəş sistemi, 27 043 artilleriya və minaatanı, 37 712 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.