• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Los-Ancelesdə atışmada: 2 ölü, 6 yaralı

DÜNYA

05 Avqust 2025 | 13:04 | Müəllif: Gülşən Şərif

Los-Ancelesdə atışmada: 2 ölü, 6 yaralı

Los-Ancelesin mərkəzində baş verən kütləvi atışma nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə Los-Anceles Polis Departamenti açıqlama verib.

Məlumata görə, insident 50-dən çox insanın icazəsiz toplaşması nəticəsində baş verib. Polis iştirakçıları dağıdıb və silah aşkarlanan bir nəfəri həbs edib.

İnsident nəticəsində bir kişi hadisə yerində, 52 yaşlı qadın isə xəstəxanada dünyasını dəyişib. Polis 26-62 yaşlarında olan 6 yaralıdan ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

Cinayətin mümkün motivi hələ müəyyənləşdirilməyib. İstintaq davam edir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026