• Bakı 29° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Ərdoğan: "Millətimizin gələcəyini təmin etmək üçün tarixi addımlar atırıq"

DÜNYA

05 Avqust 2025 | 13:24

Ərdoğan: Millətimizin gələcəyini təmin etmək üçün tarixi addımlar atırıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ali Hərbi Şuranın 2025-ci il iclası öncəsi verdiyi açıqlamada ölkənin gələcəyi naminə mühüm və tarixi qərarlar alındığını bildirib.

Bakıvaxtı.az bu barədə türk mediasına istinadla xəbər verir.

“Biz təhlükəsizlikdən demokratiyaya, iqtisadiyyatdan texnologiyaya, müdafiə sənayesindən xarici siyasətə qədər millətimizin gələcəyini təmin etmək üçün tarixi addımlar atırıq”, – deyə Prezident bəyan edib.

Ərdoğan bildirib ki, Türkiyə yeni dünya düzənində aparıcı rol oynamaq üçün mübarizəsini qətiyyətlə davam etdirəcək.

ƏIi Hüseynov


SON XƏBƏRLƏR