Prezident Rəcəb Tayyib Ərdoğan Anıtkabirdə etdiyi qeyddə ölkənin yeni dünya düzənindəki mövqeyinə dair iddialı mesaj verib.
Bakıvaxtı.az bu barədə Anadolu Agentliyinə istinadla xəbər verir.
“Qurulan tələlərə baxmayaraq, Türkiyəni yenidən formalaşan qlobal sistemdə qütb başı ölkə etmək üçün mübarizəmiz davam edir”, – deyə dövlət başçısı vurğulayıb.
Ərdoğan bu kontekstdə xarici siyasət, iqtisadi diplomatiya və regional sabitliyə yönəlik strategiyalara işarə edib.
Əli Hüseynov