• Bakı 26° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Uqanda 2 milyona yaxın qaçqını qəbul edəcək - BMT

DÜNYA

05 Avqust 2025 | 12:55

Uqanda 2 milyona yaxın qaçqını qəbul edəcək - BMT

"Artıq 1,93 milyon qaçqına ev sahibliyi edən Uqanda, Sudan, Cənubi Sudan və Konqo Demokratik Respublikasında artan böhranlar səbəbindən 2025-ci ilin sonuna qədər 2 milyon qaçqına ev sahibliyi etmək ərəfəsindədir".

 Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Farhan Haq deyib. 

Onun sözlərinə görə, Sudan, Cənubi Sudan və Konqo Demokratik Respublikasındakı böhranlar gündə orta hesabla 600 nəfəri təhlükəsizlik və həyat qurtaran yardım axtarmaq üçün sərhədləri keçməyə məcbur edir:

"Uqanda artıq Afrikada ən çox qaçqına ev sahibliyi edən ölkədir və dünyada üçüncüdür. Uqandanın mütərəqqi qaçqın siyasəti qaçqınlara yaşamağa, işləməyə və dövlət xidmətlərindən istifadə etməyə imkan verir. Lakin maliyyə çatışmazlığı yardımın çatdırılmasına kəskin şəkildə təsir edir və illərlə əldə edilmiş tərəqqi ilə təhdid edir. Uqandanın qaçqınlarla bağlı cavab tədbirləri hazırda yalnız 25 faiz maliyyələşdirilir. BMT QAK qaçqınların və onları qəbul edən icmaların daha təhlükəsiz həyat yaşamasını təmin etmək üçün davamlı beynəlxalq dəstək və həmrəyliyə çağırır".

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 Avqust 2025