• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Sərdar Ayaz Sadiq Azərbaycana gəldi - FOTOLAR

SİYASƏT

06 Iyul 2025 | 18:18 | Müəllif: Subhan Mahmudov

Sərdar Ayaz Sadiq Azərbaycana gəldi - FOTOLAR

İyulun 6-da Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Musa Qasımlı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, qarşılıqlı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparacaq.

 


Sərdar Ayaz Sadiq Azərbaycana gəldi - FOTOLARSərdar Ayaz Sadiq Azərbaycana gəldi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026