• Bakı 28° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

DİN-in xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq

SİYASƏT

05 Avqust 2025 | 16:12

DİN-in xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq

Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydası hazırlanacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Polis haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

    Fərmana əsasən, Nazirlər Kabineti polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etməlidir.


    SON XƏBƏRLƏR