• Bakı 29° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

“Allah onlara ağıl və vicdan versin” - Anar kimlərdən danışmaq istəmədi?

CƏMİYYƏT

05 Avqust 2025 | 13:29

“Allah onlara ağıl və vicdan versin” - Anar kimlərdən danışmaq istəmədi?

Son illər sosial platformalarda qəribə bir tendensiya geniş yayılıb. Belə ki, əksər istifadiçi ancaq neqativə köklənib.

Bakıvaxtı.az xəbər verir ki, bəzi şəbəkə istifadəçiləri sanki kimlərinsə ölüm xəbərini gözləyirlər. Ki, dərhal onun fəaliyyətinə münasibət bildirib, tənqid, hətta təhqir etsinlər.

Artlq “Ölənin arxasınca danışmazlar” məsəli işləmir. Buna heç məhəl qoyan da  yoxdur.

Bu günlərdə Azərbaycan ictimaiyyəti iki tanınmış şəxsiyyəti - Xalq artisti, muğam ustası Arif Babayev və yazıçı, ictimai-siyasi xadim Elçin Əfəndiyevi itirdi. Onların ölüm xəbərlərindən sonra sosial platformalarda əlləri “tətikdə”  olan “tənqidçilər” dərhal hərəkətə keçib, könülbulandıran postlar, tənqidlər və təhqirlər yağdırmağa başladılar.

Belə qənaətə gəlmək olur ki, internet əsri olsa da, hələ mağara təfəkküründə yaşayanlar da az deyil. İnsanın fəaliyyətini tənqid etmək olar, olur, amma mərhumu təhqir etmək yüngül ifadə etsək, mərəzdir. Bir sözlə, sosial şəbəkələr düzgün istifadə olunanda dərman, yanlış istifadə olunanda isə ilan zəhərinə çevrilir.

Bütün bu məsələlərlə bağlı Bakıvaxtı.az-a danışan Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev qeyd edib ki, belə adamlara Allah ağıl və vicdan versin:

“Mən onlara nə deyə bilərəm?! Bu cür adamların dostum Elçinlə (Elçin Əfəndiyev) bağlı nə dediklərini eşitmək belə istəmirəm. Hər adamın sözü ilə qanımı qaraltmaq niyyətində deyiləm”.

“Belələri sadəcə ağızlarına gələni danışırlar”, - deyə Anar əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR