• Bakı 28° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Tapılan yeniyetmə ilə bağlı Dövlət Komitəsindən AÇIQLAMA

CƏMİYYƏT

05 Avqust 2025 | 16:08

Tapılan yeniyetmə ilə bağlı Dövlət Komitəsindən AÇIQLAMA

 “Sumqayıtda itkin düşən yeniyetmə tapılaraq ailəsinə təhvil verilib”.

Bakıvaxtı.az xəbər verri ki,  bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu sosial şəbəkə paylaşımında bildirib.

T.Mərdanoğlu bu məsələdə diqqəti bir məsələyə yönəldir.Onun sözlərinə görə, bu həssas hadisə ilə bağlı azyaşlının adı, fotosu və şəxsi məlumatlarının mətbuata verilməsi heç düzgün yanaşma deyil:

“Belə hallarda uşağın hüquqları, məxfiliyi və psixoloji sağlamlığı ön planda olmalıdır və buna da əməl etmək lazımdır,istər ailə istərsədə media tərəfindən”.

Komitənin sözçüsü ailənin bu qədər detalla informasiya verməsinin qətiyyən doğru olmadığını vurğulayıb. Dediyinə görə, bu, uşağın hüquqlarının pozulması və onun gələcəyi üçün risk yarada bilər:

“Medianın bu məlumatları yayması da ciddi etik və hüquqi problemlərə yol aça bilər. Uşaqların hüquqlarını qoruyan qanunvericilik (məsələn, Uşaq hüquqları haqqında Konvensiya və yerli qanunlar) bu cür açıqlamaları qadağan edir.

İtmə hadisəsi varsa polisə müraciət olunur və onun axtarışlarına başlanılır.

Uşağın gələcək həyatına mənfi təsirlərin qarşısını almaq üçün hər kəs etik qaydalara əməl etməli, ailə isə daha diqqətli davranmalıdır”.

Mirad Məmmədli


SON XƏBƏRLƏR