Serbiyanın dövlət investisiyaları naziri, hakim “Serbiya Tərəqqi Partiyası”nın idarəetmə şurasının rəhbəri Darko Qlişiç efirdə çıxış edərkən insult keçirib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə səhər saatlarında ölkənin “Pink TV” telekanalının efirində qeydə alınıb.
Xəstəxanaya çatdırılan 52 yaşlı Qlişiçin vəziyyətinin ağır olduğu bildirilir.
Serbiya Prezidenti Aleksandr Vuçiç məmurun vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya gedib.