• Bakı 28° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Rusiyanın Azərbaycana qarşı media müharibəsi cılız yanaşmadır

SİYASƏT

05 Avqust 2025 | 15:21

Rusiyanın Azərbaycana qarşı media müharibəsi cılız yanaşmadır

"Rusiyada Azərbaycana qarşı media müharibəsi başlayıb. Cılız yanaşmadır. Əgər düşünürlər ki, xox gəlməklə Azərbaycan öz siyasətini dəyişəcək, yanılırlar".

Bu barədə deputat Rasim Musabəyov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Deputat vurğulayıb ki, Rusiya son hərəkətləri ilə Azərbaycandan narazı olduğunu göstərmək istəyir:

"Əslində ikitərəfli münasibətlərdə gərginliyin yaranmasının günahkarı məhz Rusiyadır. Təyyarəmizin vurulması, azərbaycanlılara qarşı təzyiqlər, həbslər göz önündədir. Rusiya özü təqsirkar ola-ola Azərbaycanı hədələyir. Bu, bilavasitə Kremldən idarə olunan media hücumudur”.

Müsahibimiz qeyd edib ki, Rusiyada baş verənlər strateji tərəfdaşlığa ziddir. Onun spzlərinə görə, Moskva bu davranışla tərəfdaşlığı pozmaq niyyətindədirsə, biz buna adekvat reaksiya verməyə hazırıq:

“Mediada hansısa təbliğatla Azərbaycanda separatçılığı yenidən alovlandırmaq qeyri-mümkündür. Rus sülhməramlıları Qarabağa yerləşəndə heykəlləri ona görə qoymuşdular ki, hamıya nümayiş etdirsinlər ki, ora əbədi gəliblər, oradan tərpənən deyillər. Amma nə oldu? Çıxıb getdilər. Ümumiyyətlə, sülhməramlıların missiyasına kiminsə heykəlini, büstünü qoymaq daxil deyildi".

Rasim Musabəyov: Rus sülhməramlıları Qarabağa yerləşəndə heykəlləri ona görə qoymuşdular ki...

Musabəyov bildirib  ki, rus sülhməramlıları Azərbaycanın icazəsi alınmadan özbaşına işlər görmüşdü, biz də onları aradan qaldırdıq:

"Tarixi adlarımızı qondarma adlarla əvəzlədilər və dərhal çox sərt reaksiya alaraq geri çəkilməyə məcbur qaldılar. Əlsində bu, onların özü üçün alçaldıcı hərəkət oldu. Rusiya mədəniyyəti ilə bağlı Azərbaycanda heç bir problem yoxdur. Rus mədəniyyət xadimlərinin adlarına küçə adları, rus dilində televiziya kanalı, qəzet, sayt, teatr, təhsil və s. mövcuddur. Azərbaycanı rus mədəniyyətinə qarşı çıxmaqda ittiham etmək tam əsassızdır. Rusiyanın bu təbliğatı Azərbaycanda onlara qarşı nifrəti artırır”.

Deputat onu da deyib ki, Rusiya Azərbaycanı Ukraynaya yardım etməkdə ittiham edir:

“Əvvəla Ukrayna bizim strateji tərəfdaşımızdır. Rusiya 44 günlük müharibə zamanı 1 milyard dollarlıq silahı İran vasitəsi ilə Ermənistana ötürüb".

Aydın Baxış


SON XƏBƏRLƏR