• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Qəzzada daha 8 nəfər aclıqdan ölüb

DÜNYA

05 Avqust 2025 | 14:26 | Müəllif: Əli Hüseynov

Qəzzada daha 8 nəfər aclıqdan ölüb

İsrailin blokadası və hücumları nəticəsində aclığın hökm sürdüyü Qəzza zolağında son 24 saatda biri uşaq olmaqla 8 nəfər aclıqdan ölüb.

Bakıvaxtı.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, aclıqdan ölənlərin ümumi sayı 188-ə çatıb, onlardan 94-ü uşaqlardır.

Bildirilib ki, Qəzzada humanitar yardımın qarşısının alınması əhali arasında aclıq və xəstəliklərin yayılmasına səbəb olur.

Yerli mənbələr İsrailin “aclıq və susuzluğu silah kimi” istifadə etdiyini bildirirlər.

Xatırladaq ki, oktyabrın 7-dən bu yana bölgədə 60 mindən çox fələstinli həyatını itirib.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026