• Bakı 29° C

    2.31 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Vaşinqtonda Bakı-İrəvan görüşü: “Niyyət məktubu” gündəmdə

SİYASƏT

05 Avqust 2025 | 15:26

Vaşinqtonda Bakı-İrəvan görüşü: “Niyyət məktubu” gündəmdə

Britaniyada fəaliyyət göstərən “Middle East Eye” portalı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın günlərdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçiriləcək görüşdə yekun sülh sazişi deyil, “niyyət məktubu” imzalamağı planlaşdırırlar.

Məlumata görə, bu sənəd tərəflərin danışıqları davam etdirmək və irəlilətmək niyyətini rəsmi şəkildə ifadə edəcək, lakin hüquqi baxımdan yekun saziş statusu daşımayacaq.

İddialara əsasən, Tramp bu təşəbbüsü regionda diplomatik uğur kimi təqdim etməyi hədəfləyir. İyul ayından Cənubi Qafqazda sülh təşəbbüslərini fəallaşdıran ABŞ lideri üçün bu görüş vasitəçiliyi ilə atılan ilk real addım olacaq. Görüş öncəsi diplomatik koordinasiya da aparılıb - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu həftə Türkiyə XİN rəhbəri Hakan Fidana zəng edərək Ağ Evdə planlaşdırılan görüş barədə məlumat verib.

Son həftələrdə Vaşinqton və Moskva paralel şəkildə Bakı-İrəvan xəttində fəal diplomatik proses aparır. ABŞ-nin ın əsas vasitəçi olmaqda israrı və Ermənistan hökumətinin Moskva ilə məsafə saxlayaraq Qərbə yaxınlaşması, bu görüşün regionda yeni mərhələnin başlanğıcı ola biləcəyi ehtimalını gücləndirir.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR