• Bakı 29° C

    2 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

"Rossotrudniçestvo"nun yardımının arxasında siyasi manipulyasiya dayanır? - AÇIQLAMA

SİYASƏT

05 Avqust 2025 | 13:51

Rossotrudniçestvonun yardımının arxasında siyasi manipulyasiya dayanır? - AÇIQLAMA

Son günlərdə Rusiyanın “Rossotrudniçestvo” qurumunun Ermənistanda Qarabağdan guya köçürülmüş ermənilərə humanitar yardım göstərməsi diqqət çəkir.

İki il əvvəl Azərbaycanı könüllü şəkildə tərk etmiş şəxslərə bu qəfil "yardım mərhəməti"nin ortaya çıxması sadəcə təsadüf sayıla bilməz. Əksinə, bu, Cənubi Qafqazda yeni bir ssenarinin başlandığını göstərən siqnallardan biridir. Yuxarıdan baxıldıqda humanitar yardım təsiri bağışlayan bu fəaliyyətin arxasında, əslində, köhnə imperiyanın kölgəsi, separatizmi yenidən dirçəltmək və bölgədə sabitliyi pozmaq niyyəti gizlənir.

Sual isə budur: Rusiyanın bölgəyə qayıtmaq üçün budəfəki planı nə qədər davamlı və realdır?

Milli Məclisin deputatı Hikmət Babaoğlu Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiyanın “Rossotrudniçestvo” qurumunun Ermənistanda guya Qarabağdan köçürülmüş ermənilərə, əslində isə Azərbaycanı könüllü şəkildə tərk etmiş şəxslərə humanitar yardım göstərməsi pərdəarxası məqsədlər daşıyır. Onun sözlərinə görə, bu təşəbbüsün əsas mahiyyəti bölgədə separatçı elementləri yenidən canlandırmaq cəhdidir:

“Bu proses guya yardım adı ilə həyata keçirilir, amma əslində məqsəd separatçıları yenidən toparlamaq və onları təşkilatlandırmaqdır".

Deputat qeyd edib ki, “Rossotrudniçestvo”nun addımları sadəcə humanitar xarakter daşımır, əksinə, Rusiya tərəfindən regionda yeni qarşıdurma üçün zəmin hazırlamaq məqsədi güdür:

“Rossotrudniçestvo"nun humanitar missiyası görüntüsü ilə həyata keçirdiyi bu addım Rusiyanın bölgədə sabitlik yox, qarşıdurma istədiyinin sübutudur".

Hikmət Babaoğlu: Bu addım Rusiyanın bölgədə sabitlik yox, qarşıdurma istədiyinin sübutudur

Onun fikrincə, bu yardım kampaniyası həm də Ermənistandakı daxili siyasi vəziyyətə yönəlib:

“Bu yardım aksiyası həm də Paşinyan hakimiyyətinə qarşı olanları bir araya gətirmək və Ermənistanda yeni siyasi gərginlik yaratmaq cəhdidir".

Sonda deputat Azərbaycanın bu cür hiylələrə qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini vurğulayıb:

“Azərbaycan bu cür manipulyativ addımlara qarşı hər zaman prinsipial mövqe sərgiləyəcək və bölgədəki separatizmin yenidən baş qaldırmasına imkan verməyəcək".

Əli Hüseynov


SON XƏBƏRLƏR