• Bakı 28° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Litva NATO-nun təlim infrastrukturuna 8,5 milyon avro ayırıb

DÜNYA

05 Avqust 2025 | 15:47

Litva NATO-nun təlim infrastrukturuna 8,5 milyon avro ayırıb

Litvanın Müdafiə Nazirliyi Bundesverin 45-ci briqadasının yerləşdirilməsi üçün hazırlanan Belarusla sərhəd yaxınlığındakı Rudninkay hərbi bazasının infrastrukturunun inkişafına 8,5 milyon avro ayırıb.

Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bununla bağlı Litvanın Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən, Milli Müdafiə Nazirliyi Rudninkay poliqonunda çoxfunksiyalı atıcılıq poliqonunun layihələndirilməsi və tikintisi üzrə müqavilə imzalayıb. Müqavilənin dəyəri təqribən 8,5 milyon avrodur və layihənin 2026-cı ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılır. Atıcılıq poliqonu Litva Silahlı Qüvvələrinin və digər NATO ölkələrinin hərbçiləri üçün effektiv təlim şəraiti təmin edəcək.

"Rudninkay poliqonunda inkişaf etdirilən infrastruktur Litvanın və onun NATO müttəfiqlərinin müdafiə qabiliyyətinə strateji sərmayədir. Almaniya ordusunun üç manevr batalyonundan, eləcə də döyüş dəstək və təchizat bölmələrindən ibarət 45-ci briqadası tədricən Litvaya keçirilir. Hazırda briqadanın 500-ə yaxın hərbçisi Litvada xidmət edir. 2027-ci ilə qədər briqadanın tam gücünə, 5 min hərbçi və mülki şəxsə çatması planlaşdırılır.

Alman hərbçilərinin yerləşdirdiyi briqada bütün lazımi texnika, şəxsi heyət və ləvazimatlarla təchiz edilmiş tam döyüşə hazır bir bölmə olacaq.

Briqadanın daimi dislokasiya yerləri Rudninkay və Rukla hərbi şəhərləri olacaq.Onların tikintisi başa çatana qədər alman qoşunları Vilnüs yaxınlığındakı Nemençine və Rokantiškės hərbi obyektlərində yerləşdirilir.

Gülşən Şərif


SON XƏBƏRLƏR