• Bakı 29° C

    2.31 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

Baş nazir: Azərbaycan və Türkmənistanı qardaşlıq münasibətləri birləşdirir

SİYASƏT

05 Avqust 2025 | 15:31

Baş nazir: Azərbaycan və Türkmənistanı qardaşlıq münasibətləri birləşdirir

Azərbaycan və Türkmənistanı möhkəm və davamlı qardaşlıq münasibətləri birləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransının plenar iclasında deyib.

    Baş nazir Avazada səmimi qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Türkmənistanın Prezidentinə, hökumətinə və xalqına minnətdarlığını bildirib: "Azərbaycanı və Türkmənistanı möhkəm və davamlı qardaşlıq münasibətləri birləşdirir. Bu münasibətlər ortaq irsimizə, tariximizə və qarşılıqlı hörmətə əsaslanır. Bu çərçivədə, Türkmən Xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun bu yaxınlarda Azərbaycana səfəri əlamətdar hadisə oldu. Bu səfər bizim strateji tərəfdaşlığımızı daha da möhkəmləndirdi və əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Bizim münasibətlərimiz həmrəyliyi, regionumuzda sülh, əməkdaşlıq və firavanlıq üçün ümumi baxışı nümayiş etdirir”.


    SON XƏBƏRLƏR