Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvilinin (125 kq) Varşavada Polşanın məşhur pəhləvanlarının xatirəsinə həsr olunmuş beynəlxaq turnirdəki rəqibləri güclü olub.
Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a yarışda qızıl medal qazanan milli üzvü deyib.
Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı turnirin yaxşı təşkil olunduğunu da söyləyib:
"Mən ilk növbədə öz çıxışımdan razıyam. Rəqiblər də güclü idi".
30 yaşlı idmançı qarşıdakı hədəflərdən söz açıb:
"Sentyabrda Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı keçiriləcək. Həmin mundiala hazırlaşacağıq. Orada da qızıl medal qazanmaq istəyirəm".
Qeyd edək ki, G.Meşvildişvili ötən ay zədəli olduğu üçün Macarıstanda baş tutan reytinq turnirində iştirak etməyib. Dünya çempionatı sentyabrın 13-21-i aralığında baş tutacaq.