• Bakı 28° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9648

    RUB - 2.1314

HƏMAS: 2023-ci ildən bəri Qəzzada 230-dan çox jurnalist həlak olub

DÜNYA

05 Avqust 2025 | 15:53

HƏMAS: 2023-ci ildən bəri Qəzzada 230-dan çox jurnalist həlak olub

İsrail ordusunun 2023-ci ilin oktyabrında Qəzza zolağında hərbi əməliyyata başlamasından bəri Fələstin torpaqlarında 233-dən çox media əməkdaşı həlak olub.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın nümayəndəsi İzzət əl-Rişk öz teleqram kanalında məlumat verib.

HƏMAS nümayəndəsi jurnalistlər qrupunun Qəzzaya səfər etmək təşəbbüsünü alqışlayıb və onların bölgəyə giriş tələb edən petisiyasını dəstəkləyib.

Ötən gün dünyanın aparıcı KİV-lərinin 100-dən çox jurnalisti mətbuata heç bir ilkin şərt olmadan Qəzza ərazisinə giriş verilməsini tələb edən petisiyaya imza atıb.


SON XƏBƏRLƏR