• Bakı 7° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İmad Faraj rəsmən “Neftçi”də

İDMAN

05 Iyul 2025 | 23:09 | Müəllif: Subhan Mahmudov

İmad Faraj rəsmən “Neftçi”də

“Neftçi” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Fransalı sağ vinger İmad Faraj artıq “Neftçi”nin üzvüdür. 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. 

“Lill” akademiyasında yetişən Faraj Fransa, Portuqaliya və Belçika liqalarında oynayıb, sonuncu klubu “AEK Larnaka” ilə Kipr kubokunun qalibi olub.

İmad Faraj ötən mövsüm Kipr təmsilçisinin heyətində 40 rəsmi matça çıxaraq 7 qol vurub və 7 qolun ötürməsini edib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026