• Bakı 32° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Cüdo millimiz Avropa Kubokunda birinci yeri tutdu

İDMAN

04 Avqust 2025 | 12:31

Cüdo millimiz Avropa Kubokunda birinci yeri tutdu

Gənc cüdoçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatında 26 ölkə arasında ümumi komanda hesabında birinci yeri tutub.

Bakıvaxtı.az xəbər verir ki, son yarış günündə daha 2 idmançı qızıl medal əldə edib.

Süleyman Şükürov (81 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, daha əvvəl Nihad Məmişov (60 kq), Əbil Yusubov (73 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medal əldə edib.

Azərbaycan millisi yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.


SON XƏBƏRLƏR

03 Avqust 2025