• Bakı 27° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Üstünlük "Şkendiya"dadır - Qurban Qurbanov

İDMAN

04 Avqust 2025 | 22:22

Üstünlük Şkendiyadadır - Qurban Qurbanov

Çox vacib oyuna çıxırıq. Rəqib iki yaxşı qalibiyyətdən sonra doğma meydanda bizi qəbul edəcək. Bu baxımdan üstünlük onlardadır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” komandasına qarşı keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis olduqca istəkli komandaya qarşı oynayacaqlarını bildirib:

“Matça tam hazırıq. Sona kimi xarakterimizi meydanda göstərməliyik. İddialı komandadır. Buradan Vətənə qələbə ilə qayıtmaq çox vacib olacaq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Rəqibi analiz etmişik. Onlara öz oyunlarını göstərməyə imkan verməməliyik”.

Avqustun 5-də keçiriləcək “Şkendiya” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.


SON XƏBƏRLƏR

04 Avqust 2025