• Bakı 25° C

    8.17 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Bugünkü imtahanın cavablarını buradan yoxlaya bilərsiz

CƏMİYYƏT

06 Iyul 2025 | 15:08

Bugünkü imtahanın cavablarını buradan yoxlaya bilərsiz

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ikinci cəhd qəbul imtahanı keçirib.

DİM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək.

Belə ki, Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını “Youtube”da olacaq müvafiq yayımın şərh bölməsinə yaza bilərlər.

İyulun 7-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin iki həftədən sonra elan olunması nəzərdə tutulur.


SON XƏBƏRLƏR

05 Iyul 2025