• Bakı 22° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

“Neftçi” dünya ulduzu ilə danışıqlar aparır

İDMAN

06 Iyul 2025 | 21:10 | Müəllif: Subhan Mahmudov

“Neftçi” dünya ulduzu ilə danışıqlar aparır

Yeni mövsümə hazırlaşan “Neftçi” heyətini dünya ulduzu ilə gücləndirə bilər.

Bakıvaxtı.az sportinfo.az-a istinadən xəbər verir ki, “ağ qaralar” Duqlas Koşta ilə danışıqlar aparır.

“Yuventus” və “Bavariya” kimi dünya nəhənglərinin formasını geyinmiş məşhur braziliyalı futbol azarkeşlərinə yaxşı tanışdır.

O, Almaniya nəhəngində keçirdiyi 97 görüşdə 15 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.

“Yuventus” formasında meydana çıxdığı 103 görüşə 10 qol, 21 məhsuldar ötürmə sığdıra bilib.

Braziliya millisində 31 oyun keçirmiş ulduz futbolçu 2024-cü ilin yayından “Sidney”də çıxış edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR