• Bakı 26° C

    14.25 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

İDMAN

06 Iyul 2025 | 00:24

Avropa çempionatı: Bir idmançımız qızıl, digəri isə...

İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında Azərbaycanın bir sərbəst güləşçisi qızıl, digəri gümüş medal qazanıb.

Bu barədə Bakıvaxtı.az-a Güləş Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.

Vasif Bağırov (57 kq) finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabı ilə geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6. Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan V.Bağırov bu dəfə çempion olub.

Muradxan Omarov (79 kq) həlledici görüşdə Gürcüstan təmsilçisi ilə qarşılaşıb. Ancaq debütant komanda yoldaşından fərqli olaraq, qələbə qazana bilməyib. Şamaxı güləş məktəbinin yetirməsi Davit Çetçelaşviliylə bacarmayıb – 0:10. Beləliklə, M.Omarov gümüş medalı boynundan asıb.

Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiyə 7:0 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Maqomedqadji Maqomedova məğlub olub – 0:6.


SON XƏBƏRLƏR

05 Iyul 2025