Bu gün səhər saatlarında Türkiyənin Konya vilayətində sərnişin avtobusu ağır qəza törədib.
Bakıvaxtı.az “Habertürk”ə istinadən xəbər verir ki, Adana-Konya yolunun Ereğli qəsəbəsindən keçən hissəsində iritutumlu markalı avtobus idarəetmədən çıxaraq aşıb. Nəticədə 1 nəfər hadisə yerində ölüb, 26 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.
Yaralılardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.