• Bakı 21° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Alveş Rusiya klubu ilə müqavilə imzaladı

DÜNYA

06 Iyun 2025 | 13:20

Alveş Rusiya klubu ilə müqavilə imzaladı

İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş Rusiyada müxtəlif sahələr üzrə məşhur simaların iştirak etdiyi komandalardan ibarət Medialiqa klublarından biri ilə müqavilə imzalayıb.

Bakıvaxtı.az “Mash on Sport”a istinadən xəbər verir ki, müdafiəçinin yalnız ödəniş məsələsi həllini gözləyir.

Belə ki, dünyanın ən titullu futbolçularından sayılan sabiq milli üzvü müqavilədə göstərilən bütün məbləği almaq, adı açıqlanmayan klub isə ödənişi iki hissəyə bölmək istəyir. Bununla yanaşı Alveş Rusiya təmsilçisindən şəxsi sürücü, avtomobil və bahalı otel otağı da istəyib.

Qeyd edək ki, 42 yaşlı braziliyalı futbolçu 2024-cü ildə cinsi təcavüz ittihamı ilə həbs olunub və 13 aydan sonra azadlığa buraxılıb.


SON XƏBƏRLƏR

06 Iyun 2025