• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu qan qrupundan olan insanlara PİS XƏBƏR

CƏMİYYƏT

06 Iyun 2025 | 20:36 | Müəllif: Subhan Mahmudov

Bu qan qrupundan olan insanlara PİS XƏBƏR

Yaponiyalı mütəxəssislər müəyyən edib ki, ağcaqanadlar ən çox 0 qan qrupuna malik insanlara hücum edir və bu insanlar digərləri ilə müqayisədə ikiqat risk altındadır.

Bakıvaxtı.az xəbər verir ki, Zərərvericilərlə Mübarizə İnstitutunun araşdırmasına görə A qan qrupu olan şəxslər daha az, B qan qrupu olanlar isə orta səviyyədə risk altındadır. Dişi ağcaqanadlar qurban seçərkən insanın bədənindən yayılan kimyəvi maddələrə əsaslanır.

Florida Universitetinin entomoloqu Conatan Dey bildirib ki, ağcaqanadlar üçün ən güclü cəlbedici amil karbon qazıdır. Metabolizması sürətli olan insanlar daha çox karbon qazı ifraz etdiyindən, onlar ağcaqanadlar üçün daha cazibədar olur. Bu həşəratlar karbon qazını 60 metr məsafədən hiss edə bilir.

Tədqiqatda o da qeyd olunub ki, bədən istiliyi, idman zamanı yaranan laktik turşu, dərialtı qan damarlarının görünməsi və hətta geyim rəngi də ağcaqanadların seçimində rol oynayır. Qara və tünd rəngli paltar geyinənlər isə daha çox hədəfə çevrilir./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026