• Bakı 24° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Naxçıvana ABŞ-dən pul köçürmələri artıb, Rusiyadan isə azalıb

İQTİSADİYYAT

06 Iyun 2025 | 16:15

Naxçıvana ABŞ-dən pul köçürmələri artıb, Rusiyadan isə azalıb

Bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bank filialı və şöbələrinə köçürmə sistemləri vasitəsilə 1 milyon 726,5 min manat daxil olub.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yerli idarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 26 % çoxdur.

Hesabat dövründə Naxçıvana daxil olan vəsaitlərin 68,9 %-i və ya 1 milyon 189 min manatı respublikanın digər bölgələrindən, 537,5 min manatı isə xarici ölkələrdən daxil olub. Bu da, illik müqayisədə müvafiq olaraq 77,7 % çox və 23,3 % azdır.

Apreldə Naxçıvana xarici ölkələrdən ən çox Türkiyədən (315,2 min manat; 90,9 % çox), Rusiyadan (81,6 min manat; 5,5 dəfə az), Gürcüstandan (67,5 min manat; 4 dəfə çox) və ABŞ-dan (58,9 min manat; 4,1 dəfə çox) vəsait daxil olub.


SON XƏBƏRLƏR

06 Iyun 2025