• Bakı 24° C

    13.72 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

UNESCAP-ın Bakıda keçiriləcək 82-ci sessiyasına hazırlıq müzakirə olunub

İQTİSADİYYAT

05 Iyul 2025 | 13:24

UNESCAP-ın Bakıda keçiriləcək 82-ci sessiyasına hazırlıq müzakirə olunub

Bu gün Baş nazir Əli Əsədov BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüşdə A.Alişahbananın İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi qeyd edilib.

Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Gələn ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı Azərbaycan ilə UNESCAP arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA çərçivəsində səmərəli işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.


SON XƏBƏRLƏR

04 Iyul 2025