• Bakı 25° C

    0.43 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Azərbaycan əhalisinin banklarda olan əmanətləri 9 % artıb

İQTİSADİYYAT

02 Avqust 2025 | 17:16

Azərbaycan əhalisinin banklarda olan əmanətləri 9 % artıb

Bu ilin iyulun 1-nə Azərbaycan banklarının depozit portfeli 42 milyard 954 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 % az, ilin əvvəlinə nisbətən 6,7 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12,4 % çoxdur.

Bunun 56,6 %-i, yaxud 24 milyard 313,7 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 15,5 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 8,9 % artaraq 15 milyard 437 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 7,5 % artaraq 3 milyard 203,3 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 514,4 milyon manatı (il ərzində 2,1 % artıb) qısamüddətli, 19 milyard 439,6 milyon manatı (+28 %) isə uzunmüddətli olub.


SON XƏBƏRLƏR