• Bakı 27° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Böyük Qayıdış çərçivəsində məskunlaşan vətəndaşlar 50 % artıq subsidiya alacaqlar

İQTİSADİYYAT

01 Sentyabr 2025 | 15:14

Böyük Qayıdış çərçivəsində məskunlaşan vətəndaşlar 50 % artıq subsidiya alacaqlar

Azərbaycanda Böyük Qayıdış çərçivəsində məskunlaşan vətəndaşlar kənd təsərrüfatı istehsalı üçün 50 % artıq subsidiya əldə edəcəklər.

Bakıvaxtı.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Aqrar Subsidiya Şurası qərar qəbul edib. 

Qərara əsasən "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi  Qaydaları"na uyğun olaraq  işğaldan azad edilmiş kənd və qəsəbələrdə məskunlaşan, həmin yaşayış məntəqələrində yaşayan sakinlərə verilmiş torpaqlarda aparılan əkinlər üzrə əkin əmsalı və əkin subsidiyası bu birillik bitkilər və yonca əkinləri üzrə 50 % artırılmaqla tətbiq ediləcək. 


SON XƏBƏRLƏR