• Bakı 30° C

    4.05 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

Azərbaycan nefti ötən həftə 1%-ə yaxın bahalaşıb

İQTİSADİYYAT

01 Sentyabr 2025 | 09:05

Azərbaycan nefti ötən həftə 1%-ə yaxın bahalaşıb

Ötən həftə (25-31 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 69,49 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,574 dollar və ya 0,83% çoxdur.

Bakıvaxtı.az-ın məlumatına görə, həftə ərzində ən yüksək göstərici (V gün) – 69,74 dollar təşkil edib, ən minimal göstərici (II gün) isə 69,3 dollar səviyyəsində olub.

    Qeyd edək ki, öncəki həftə (18-24 avqust) Azərbaycan neftinin orta qiyməti 68,916 ABŞ dolları idi.

    Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


    SON XƏBƏRLƏR

    31 Avqust 2025