• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransa siyasətçisi: Ordumuzun vəsaiti qalmayıb

DÜNYA

07 Iyun 2025 | 01:00 | Müəllif: Subhan Mahmudov

Fransa siyasətçisi: Ordumuzun vəsaiti qalmayıb

Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo bildirib ki, ölkənin silahlı qüvvələrinin maliyyə çatışmazlığı var.

Bakıvaxtı.az xəbər verir ki, siyasətçi bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

O, buna səbəb kimi bütün vəsaitin Ukraynaya yardıma xərclənməsini göstərib.

"Fransız ordusunda bir sent də qalmayıb! Hər şey Ukraynaya kömək üçün getdi və getməyə də davam edir", - Filippo yazıb. O, əlavə edib ki, Fransa ordusuna quru rasion verilir.

Filippo Fransa prezidenti Emmanuel Makronu vahid Avropa ordusunun yaradılmasını dəstəkləməkdə ittiham edib. Onun sözlərinə görə, çünki büdcədən bütün vəsait Ukraynanın maliyyələşdirilməsinə gedib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026