Gürcüstanda keçirilən demokratik parlament seçkilərinə xarici müdaxilə oldu, amma bu heç bir nəticə vermədi.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze "Imedi" telekanalının efirində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, seçkilərdən əvvəl və sonra Gürcüstan hökumətinə qarşı təzyiq və şantaj siyasəti aparılıb: "Bu cəhdlər nəticə vermədi. Bəzi xarici rəsmilər gürcü xalqının hakimiyyətə və sülh siyasətinə etimad göstərməsini qəbul edə bilmirlər. Seçkilərdən əvvəl hökumət və iqtidar partiyasına qarşı açıq kampaniya aparılırdı. Demokratik seçkilərə birbaşa xarici müdaxilə oldu, lakin bu da nəticə vermədi, üstəlik, seçkilərdən sonrakı şantaj siyasəti də uğursuz olacaq”./Report