ABŞ Prezidenti Donald Trampın administrasiyası qərbin sanklsiyalarından yan keçmiş Rusiya tankerlərinə qarşı məhdudiyyətlər planı hazırlayır.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə ultimatum verib:
"Cümə gününə qədər atəşkəslə razılaşın, yoxsa daha sərt tədbirlərlə üzləşəcəksiniz".
Qeyd olunur ki, ultimatum nəticəsiz qalarsa, bu, Trampın Ağ Evə qayıtmasından sonra Rusiyaya qarşı ilk yeni sanksiyalar olacaq./ Teleqraf.com