• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Qrono Ermənistan səfərindən yazdı

DÜNYA

04 Sentyabr 2025 | 22:06 | Müəllif: Subhan Mahmudov

Qrono Ermənistan səfərindən yazdı

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistana səfərinin yekunları ilə bağlı X səhifəsində paylaşım edib.

Bakıvaxtı.az xəbər verir ki, diplomat İrəvanda baş nazirin müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və əsas qurumların digər yüksək vəzifəli şəxsləri ilə görüşdüyünü diqqətə çatdırıb.

Qrono görüşlərdə Azərbaycan-Ermənistan arasında sülh prosesi, qarşılıqlı fəaliyyət, transsərhəd əməkdaşlıq, eləcə də Vaşinqtonda əldə edilmiş tarixi razılaşmalara uyğun sülh səylərinin müzakirə edildiyini bildirib:

"Avropa Birliyi yaxın tərəfdaş kimi Ermənistan və Azərbaycanı dəstəkləməkdə davam edəcək və tam hüquqlu sülhə nail olmaq üçün konkret addımların və tədbirlərin həyata keçirilməsini təmin edəcək".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026