• Bakı 29° C

    9.19 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Rusiyada daha bir azərbaycanlı SAXLANILDI

DÜNYA

07 Iyul 2025 | 00:07

Rusiyada daha bir azərbaycanlı SAXLANILDI

Rusiyada 20 il əvvəl törətdiyi qətlə görə federal axtarışda olan azərbaycanlı saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxs 2005-ci ilin fevral ayında Tosnenski rayonunun Nikolskoye kəndinin Pervomayskaya küçəsində yerləşən kafedə olarkən başqa qonaqla münaqişə edib.Dava zamanı o, bıçağı götürərək rəqibinə ölümcül yaralar vurub, bundan sonra hadisə yerindən qaçıb. İz hələ isti ikən cinayətin üstünü açmaq mümkün olmayıb.

48 yaşlı Azərbaycan vətəndaşı hüquq-mühafizə orqanlarından gizlənərək sənədlərini dəyişməkdə və uzun müddət saxta adla yaşamaqda ittiham olunur.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025