• Bakı 24° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Mask Trampın siyasi kampaniyalarını maliyyələşdirməyi dayandıra bilər

DÜNYA

06 Iyun 2025 | 15:48

Mask Trampın siyasi kampaniyalarını maliyyələşdirməyi dayandıra bilər

ABŞ Prezidenti Donald Trampla fikir ayrılığına görə İlon Mask onunla və respublikaçılarla əlaqəli strukturlara 100 milyon dollar köçürmək vədindən vaz keçə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” yazır.

Nəşrin məlumatlarına görə, bu, 2026-cı ildə Konqresə aralıq seçkilərin nəticələrinə təsir göstərə bilər. Mask artıq Trampın seçki kampaniyasına azı 250 milyon dollar xərcləyib.

Nəşrin məlumatına görə, Mask ABŞ administrasiyasına təzyiq göstərmək üçün öz media resurslarından da istifadə edə bilər. Mask “X” sosial şəbəkəsində siyasi spektrin mərkəzində amerikalıların 80 %-nin maraqlarını təmsil edəcək yeni siyasi partiyanın yaradılması ilə bağlı sorğu yerləşdirib. 4,6 milyon iştirakçının 80 %-dən çoxu bunun lehinə səs verib.


SON XƏBƏRLƏR

06 Iyun 2025