• Bakı 24° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Devid Bekhem “Cəngavər” fəxri adına sahib olacaq

İDMAN

06 Iyun 2025 | 14:36

Devid Bekhem “Cəngavər” fəxri adına sahib olacaq

İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem “Cəngavər” fəxri adına sahib olacaq.

Bakıvaxtı.az “The Sun”a xəbər verir ki, onun adı Kral III Çarlzın gələn həftə rəsmi şəkildə elan edəcəyi siyahıya daxil edilib.

Fəxri adların verilməsi ilə bağlı keçirilən mərasimdən sonra 50 yaşlı sabiq futbolçu "Ser Devid", onun həyat yoldaşı Viktoriya Bekhem isə "Ledi Bekhem" kimi tanınacaq.

Qərar təkcə D.Bekhemin idman uğurları ilə deyil, həm də ictimai fəaliyyəti ilə bağlıdır. O, UNICEF və Kral Fondunun səfiridir. Həmçinin uşaqların, səhiyyənin və ətraf mühitin qorunması proqramlarını dəstəkləyir.

Qeyd edək ki, keçmiş yarımmüdafiəçi 2003-cü ildə OBE mükafatına da layiq görülüb. “Cəngavər” Bekhemin indiyə qədər aldığı ən yüksək fəxri ad olacaq.


SON XƏBƏRLƏR

06 Iyun 2025