AMEA Rəyasət Heyətinin iclası Qərbi Azərbaycan Ensiklopediyası sözlüyünün yekun variantının təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılıb.
Bakıvaxtı.az xəbər verir ki, məsələ barədə çıxış edən AMEA prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Qərbi Azərbaycan İcması ilə birgə bir neçə dəfə sözlüyün müzakirəsi keçirilib və müəyyən dəqiqləşdirmələr aparılıb.
Geniş müzakirədən sonra Qərbi Azərbaycan Ensiklopediyasının təkmilləşdirilmiş yekun variantı təsdiq olunub. Materialların hazırlanması məqsədilə müəlliflər heyəti müəyyən edilib, icrası ilə bağlı tapşırıqlar verilib.