• Bakı 23° C

    16.37 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

CƏMİYYƏT

05 Iyul 2025 | 18:32

TƏBİB kater qəzasında xəsarət alanlarla bağlı açıqlama yaydı

TƏBİB Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb.

Qurumdan Bakıvaxtı.az-a bildirilib ki, bu gün saat 16:00 radələrində Kür çayında baş verən 2 qayığın toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər (5-i kişi, 1-i qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi  yardım göstərilən pasiyentin vəziyyəti stabildir olaraq qiymətləndirilir.

Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.


SON XƏBƏRLƏR