• Bakı 27° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

AYNA: "Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir"

CƏMİYYƏT

04 Avqust 2025 | 16:25

AYNA: Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 120 avtomobil gözləyir.

Bakıvaxtı.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 84, Mazımqara gömrük postunda 35, Samur gömrük postunda 84 yük maşını var.

Məlumata görə, hazırda Xanoba və Biləsuvar gömrük postlarında gözləyən avtomobil yoxdur.

AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.


SON XƏBƏRLƏR