Tramp-Mask mübahisəsi missiyanın yerinə yetirilməsinə təsir etməyəcək.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bununla bağlı Amerika kosmik agentliyi NASA açıqlama yayıb.
Açıqlamaya görə, İlon Maskla fikir ayrılıqlarına baxmayaraq, ABŞ prezidenti Donald Trampın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üzərində işlər davam edəcək:
"NASA Prezidentin kosmosun gələcəyi ilə bağlı vizyonunu çatdırmağa davam edəcək. Biz kosmosda Prezidentin məqsədlərinə nail olmağımızı təmin etmək üçün sənaye tərəfdaşlarımızla işləməyə davam edəcəyik".
Gülşən Şərif